Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Milli Qurtuluş günü münasibətilə Ümumrayon tədbiri keçirilmişdir.

17 iyun 2014 | 15:00

Saatlı rayonunda 12 iyun 2014-cü il tarixdə saat 10:00 – da Milli Qurtuluş günü münasibətilə Ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatın nümayəndələri, gənclər, ağsaqqallar, ziyalılar, YAP fəalları iştirak etmişdir. Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs xatirəsini yad etmiş, abidəsi önünə tər gül – çiçək dəstələri düzmüşlər. Tədbirdə 2500 nəfərdən çox əhali iştirak etmişdir.
Milli Qurtuluş günü ilə əlaqədar Saatlı rayonunda bayram ərəfəsində bütün İnzibati Ərazi Dairələri üzrə yaşayış məntəqələrində, o cümlədən idarə, müəssisə və təşkilatlarda, əmək kollektivlərində «Heydər Əliyev Azərbaycan dövlətinin memarı və qurucusudur», «Heydər Əliyev və müstəqil Azərbaycan», «Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır» mövzularında müxtəlif tədbirlər, dəyirmi masa və konfranslar  təşkil olunmuşdur.
Heydər Əliyev mərkəzində keçirilən iclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, bu günün tarixi əhəmiyyətindən, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi və ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən  ətraflı söhbət açdı.Azərbaycanın dünya birliyində layiqli yer tutmasının Ümummilli liderin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyinin nəticəsi kimi qiymətləndirdi.
YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev Ümummilli liderin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasından, 21 il əvvəl Ulu öndərin xalqın təkidilə hakimiyyətə qayıdışından, keçdiyi şərəfli həyat yolundan, Müstəqil Azərbaycan dövlətinin quruculuğundakı tarixi fəaliyyətindən danışdı. Daha sonra Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən video lent izlənildi.
Saat 18:00 – da isə şəhər mərkəzində yerləşən İstirahət Parkında geniş konsert proqramı təşkil olunmuşdur. Konsert tədbirində rayonun bütün yaşayış məntəqələrindən 5 min nəfərdən çox əhali iştirak etmişdir.


 

Keçidlər