Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

14 iyul 2014 | 15:00

14 iyul 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ulu öndərin müqəddəs xatirəsini ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə açan Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Siraqqədin Cabbarov tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi  hakimiyyətə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. O,  qeyd etdi ki, Heydər Əlirza oğlu Əliyev  45 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin  birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti öz bəhrəsini verdi. Siraqqədin Cabbarov Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi, Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışdı.

Keçidlər