Şriftin ölçüsü :

Saytın rəngi :

Dədə Qorqud kəndində səyyar qəbul-görüş keçirildi

16 iyul 2014 | 15:00

İyulun 16-da Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov rayonun Dədə Qorqud kəndində Azərbaycan  Respublikası  Prezidentinin Administrasiyasının Regional İdarəetmə  və  Yerli Özünüidarəetmə  Orqanları İlə İş Şöbəsinin Baş məsləhətçisi  Dəyanət Abdullayevin iştirakı ilə səyyar qəbul-görüşü keçirmişdir.
Dədə Qorqud kənd inzibati ərazi dairəsinə daxil olan Dədə Qorqud və Heydərabad kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Dədə Qorqud inzibati ərazi dairəsinin nümayəndəsi Ədalət Novruzov və kənd bələdiyyəsinin sədri Nazim Rəşidov kəndin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar, Saatlı-Dədə Qorqud-Heydərabad yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmir olunmasına görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdilər.
Səyyar qəbulda iştirak edən kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkə əhalisinə göstərmiş olduğu xüsusi diqqət və qayğılardan, eləcə də son aylarda rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən danışdılar.
Kənd  sakinlərinin  təbii qaz, enerji və su təchizatı, sosial  müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri oldu.  Hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıq  verildi.  Qaldırılmış   məsələlərin bir qismi elə qəbul zamanı öz həllini tapdı.

Keçidlər