Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda ümumrayon iməcliyi keçirilmişdir.

14 sentyabr 2014 | 15:00

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə böyük mütəşəkkiliklə həyata keçirilən “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Saatlı rayonunda da 13-14 sentyabr 2014-cü il tarixlərində növbəti ümumrayon iməcliyi keçirilmişdir. İməclikdə rayon ərazisində ümumilikdə 4000-dən çox dekorativ ağaclar, o cümlədən, sərv, laqustra, eldar şamı, oleandr, maqnoliya, Xan çinarı, limon tuyası, məişət şamı, Şiraz şamı, dəfnə ağacları və s ağaclar əkilmişdir. Eyni zamanda rayon ərazisində və respublika əhəmiyyətli avtomobil yollarının kənarında əkilmiş ağacların ətrafı təmizlənmiş, ağaclar əhənglənmiş və şəhər ərazisində bardurlar ağardılmışdır. İməclikdə rayonun müxtəlif əmək kollektivlərindən 1500 nəfərdən artıq rayon sakini iştirak etmişdir.
   

 


 

Keçidlər