Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr 2014-cü il tarixdə “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilmişdir.

15 sentyabr 2014 | 15:00

Saatlı rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr 2014-cü il tarixdə “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilmişdir. ”Bilik günü”ndə rayonda yeni tikilmiş 480 şagird yerlik Valeri Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbinin, 80 şagird yerlik Məmmədabad ibtidai məktəbinin və ilk dəfə olaraq Saatlı rayonunda birinci tədris ilində 40 tələbə qəbulu olan əsaslı təmir olunmuş iki mərtəbəli Tibb Kollecinin açılışı qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Siraqəddin Cabbarov ”Bilik günü”ndə yeni tikilmiş 480 şagird yerlik V.Əsgərov adına şəhər 4 nömrəli tam orta məktəbinin açılışında iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, mövcud təhsil müəssisələrinin tikintisinə və ya əsaslı təmirinə, eyni zamanda təhsilin yüksək səviyyədə tədrisinə göstərdiyi qayğıdan söhbət açmışdır.

Keçidlər