Saatlı rayonunda “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq növbəti qanvermə aksiyası keçirilib.
24 sentyabr 2014-cü il tarixdə Saatlı rayonunda “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən növbəti qanvermə aksiyası keçirilib. Saatlı Mərkəzi Rayon Xəstəxanasında keçirilən xeyriyyə aksiyasına rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları və eləcə də şəhər sakinlərindən olan gənclər həvəslə qoşulublar. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə keçirilən tədbirdə əvvəlcə qan vermək istəyən vətəndaşlar müayinə ediliblər. Aksiya zamanı könüllü qan vermək üçün 250 nəfərə yaxın şəxs müraciər etmişdir.