2014-cü ilin doqquz ayında Saatlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
16 oktyabr 2014-cü il tarixdə saat 10:00 - da Saatlı rayonunun Gənclər Mərkəzinin inzibati binasının iclas zalında “2014-cü ilin doqquz ayında Saatlı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin başçısı S.N.Cabbarovun hesabat yığıncağı keçirilmişdir. Yığıncağa Saatlı rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri, mətbuat işçiləri dəvət edilmişlər. Yığıncaqda 9 ayın yekunu geniş təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Respublikamızda olduğu kimi Saatlı rayonunda da ötən 9 ay ərzində bütün sahələrdə inkişafa nail olunmuş, sosial-infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilmişdir. Ümumilkdə tədbirdə 151 nəfər iştirak etmişdir.