Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat Naziri Ziya Məmmədov Saatlı şəhərində vətəndaşları qəbul etmişdir

28 noyabr 2014 | 16:00

28 noyabr 2014 – cü il tarixdə Nəqliyyat Naziri Ziya Məmmədov Saatlı şəhərindəki Gənclər mərkəzinin inzibati binasında Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul etmişdir.Nazir qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib.
Görüşdə işə qəbul, yol və körpü tikintisi, kənd yollarının yenidən qurulması,  eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Qəbulda qaldırılan məsələlərin demək olar ki, əksəriyyəti yerindəcə həll olunub. Digər müraciətlərin həlli  məqsədilə nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Bundan əlavə, bölgədə yaşayan  vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün  nəzarətə götürülüb.

Keçidlər