Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr Zəfər Günü ilə əlaqədar Saatlı rayonunda tədbir keçirildi

08 noyabr 2023 | 19:27

8 noyabr Zəfər Günü ilə əlaqədar Saatlı Gənclər Mərkəzində tədbir təşkil olunub. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı rayon ictimaiyyətini bayram münasibətilə təbrik edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız, cənab prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun və xalqımızın birliyi nəticəsində 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu, düşmən qüvvələri və ermənilərin məğlubedilməzlik mifologiyaları darmadağın edildi. Əldə olunan şanlı qə­ləbədən sonra Qarabağın dirçəldilməsi üçün böl­gədə tikinti-qurucul­uq işləri aparılır. Dövlət tərəf­indən “Böyük Qayıdış” planına uyğun olar­aq məcburi köçkünlər­ mərhələli şəkildə öz doğma yurd-yuvala­rına qayıdır.

Tədbir Heydər Əliyev Meydanında ağacəkmə aksiyası ilə davam etdirilib, rayon şəhidlərinin xatirəsinə 236 ədəd ağac əkilib. Daha sonra Heydər Əliyev Meydanında yeniyetmə və gənclərin Vətən müharibəsi mövzusunda çəkdikləri əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir konsert proqramı ilə davam edib, konsertdə Saatlı və Sabirabad rayonundan olan musiqili qonaqlar, rəqs qrupları bir-birindən maraqlı milli və vətənpərvərlik ruhunda olan musiqili nömrələrlə çıxış ediblər.Sonda xatirə şəkli çəkilib.

Keçidlər