Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “20 Yanvar” faciəsinin iyirmi beşinci ildönümü keçirilmişdir.

20 yanvar 2015 | 16:00

20 yanvar 2015-ci il tarixdə saat 10:30-da rayonun şəhidlər abidə kompleksinin önündə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş “20 Yanvar” faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə əmək kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri olmaqla ümumilikdə 3400 nəfər əhali iştirak etmişdir.Tədbir iştirakçıları 20 yanvar şəhidlərinin, eləcə də Azərbaycan torpaqlarının müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin müqəddəs xatirəsini yad etmiş, abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüşlər. 

Bundan əlavə “20 Yanvar” faciəsinin iyirmi beşinci ildönümünün qeyd olunması ilə əlaqədar rayonun bütün inzibati ərazi dairələrində, yaşayış məntəqələrində, ümumtəhsil müəssisələrində, idarə, müəssisə və təşkilatlarda, əmək kollektivlərində faciəyə həsr olunmuş tədbirlər təşkil edilmiş və rayon İcra Hakimiyyətinin iclas zalında rayonun şəhid ailələri ilə görüş keçirilmiş və onlara yardımlar olunmuşdur.

 

Keçidlər