Saatlı rayonunda 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilmişdir
06 mart 2015-ci il tarixdə saat 11:00 –da Saatlı rayon Gənclər Mərkəzində Saatlı rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibətil ilə tədbir qeyd olundu. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Reyhan xanım Ocaqova açaraq xanımları bayram münasibəti ilə təbrik etdi, onlara uzun ömür cansaglığı və ailə səadəti arzuladı. Daha sonra Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şixalıyev və rayon Gənclər və İdman İdarəsini rəisi Elçin Qiyasov xanımları təbrik etdi. Tədbir musiqi və rəqslərlə davam etdi.