Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Saatlıda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 13 mart 2015-ci il tarixində Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirilib. Komitə sədri Saatlı şəhərində yerləşən Gənclər Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib. Müraciətlərin böyük qismi daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı ilə, digər qismi isə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətləri ilə bağlı olub. Vətəndaşlar onların mülkiyyətində olan torpaq sahələrinə, yaşayış və qeyri-yaşayış sahələrinə çıxarışların alınması, texniki pasportların tərtibi və daşınmaz əmlaka dair digər hüquqi məsələlərlə bağlı müraciət ediblər.