Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!

04 sentyabr 2025 | 12:08
Saatlı Rayon Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Səfərova Aysel Eldəniz qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 687.9 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmuşdur. Aysel Səfərova məktəb illərində də hər zaman nizam-intizamı ilə seçilmiş, müsabiqə və yarışlarda, eyni zamanda fənn olimpiadalarında uğurlu nəticələr əldə etmişdir. O, 2022/2023-cü tədris ilində RFO–da biologiya fənni üzrə III yerə, 2023/2024-cü tədris ilində isə RFO-da biologiya fənni üzrə II yerə layiq görülmüş, 6 dəfə intellektual yarışlarda Azərbaycan birincisi olmuş və 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə qızıl nişanla təltif edilmişdir. O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.
Aysel Səfərovanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Keçidlər