Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!

15 sentyabr 2025 | 16:32

    Saatlı şəhər Cəfər Cabbarlı adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Hüseynova Zəhra Cəmil qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 636 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına qəbul olmuşdur.

   O, məktəbdaxili müxtəlif tədbir və layihələrdə hər zaman fəallıq göstərmiş, həm müəllimlərin, həm də sinif yoldaşlarının etimadını qazanmış, eyni zamanda nümunəvi davranışı ilə seçilmişdir.

   Təhsildə əldə etdiyi uğurlara görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

    Zəhra Hüseynovanı ali məktəbə qəbul olması münasibəti ilə təbrik edir, ona gələcək təhsil və iş həyatında müvəffəqiyyətlər arzulayırıq!

Keçidlər