Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı Rayon Vüqar Əzimov adına Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Abdullazadə Əzizəxanım Cəbrayıl qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 625 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.
Təhsil aldığı müddətdə məktəbdə keçirilən müxtəlif layihə və tədbirlərdə fəallıq göstərən Əzizəxanım, həm öz nizam-intizamı, həm də yüksək nəticələri ilə diqqət çəkmiş və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir. Əzizəxanım Abdullazadəni yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir və gələcək fəaliyyətlərində arzulayırıq!






