Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon İsmayıl Əliyev adına Hacıqasımlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Kazımov Azad Ağa oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 623,9 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kompüter elmləri ixtisasına qəbul olmuşdur.
O, məktəbdə oxuduğu dövrdə həyata keçirilən tədbir və layihələrdə davamlı iştirak etmiş, nizam-intizamı ilə seçilmiş və əldə etdiyi uğurlara görə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.
Azad Kazımovu yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil və gələcək karyerasında uğurlar arzulayırıq!






