Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon Əlimərdan Vəliyev adına Dədə Qorqud kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ağayeva Sahilə Samir qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 622 bal toplayaraq Bakı Dövlət Univerisitetinin Hüquqşünaslıq ixtisasına qəbul olmuşdur.
Məktəbdə oxuduğu illər ərzində keçirilən tədbir və layihələrdə fəal iştirak edən, intizamı və məsuliyyəti ilə seçilən Sahilə Ağayeva, uğurlu nəticələrinə görə məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 2022/2023-cü tədris ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final turunda qalib gələrək I yerə layiq görülmüşdür.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.
Sahilə Ağayevanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, gələcək həyatında yeni uğurlar və nailiyyətlər arzulayırıq!






