Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon Rasim Səfərov adına Qara Nuru kənd tam orta ümumtəhsil məktəbinin məzunu Bağırzadə Şahnaz Fərhad qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı 617 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və ictimai münasibətlər ixtisasına daxil olmuşdur.
Şahnaz Bağırzadə məktəbdə oxuduğu illər ərzində keçirilən tədbir və layihələrdə fəal iştirak etmiş, intizam-intizamı və məsuliyyəti ilə seçilmişdir.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən təltif edilmişdir.
Şahnaz Bağırzadəni yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, gələcək həyatında yeni-yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq!






