Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Əliyeva Sərvanə Zamiq qızı 2025-ci ildə ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 612 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasına daxil olmuşdur.
O, təhsil aldığı illər ərzində yüksək təhsil göstəriciləri ilə seçilmiş, həm müəllimlər, həm də şagirdlər arasında nümunəvi şagird kimi tanınmış və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.
Sərvanə xanımı bu uğurları münasibəti ilə təbrik edir, yüksək nailiyyətlər və davamlı inkişaf arzu edirik!






