Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon Azadkənd kənd tam orta ümumtəhsil məktəbinin şagirdi Məmmədli Nəzrin Nəimi qızı 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 602 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına daxil olmuşdur.
O, təhsil aldığı illər ərzində yüksək nəticələri ilə seçilmiş, həm müəllimlərin, həm də şagirdlərin rəğbətini qazanaraq nümunəvi şagird kimi tanınmış və məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.
Nəzrin xanımı bu uğurları münasibəti ilə təbrik edir, təhsil və gələcək karyerasında müvəffəqiyyətlər arzulayırıq!






