Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!

19 sentyabr 2025 | 12:16

    Saatlı rayon Qədim Abduloğlu adına Gomuşçu kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ağakişiyev Rza Əbləsən oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 600.2 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi ixtisasına daxil olmuşdur.

   O, məktəb illərində həm dərsə, həm də müəllim və şagirdlərlə səmimi münasibətinə görə nümunəvi şagird kimi tanınmış, təhsilini isə fərqlənmə attestatı ilə tamamlamışdır.

    O, eyni zamanda ali təhsil müəssiələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.

    Rza Ağakişiyevi qazandığı uğurlar münasibəti ilə təbrik edir, təhsilində və peşə həyatında uğurlar arzulayırıq!

Keçidlər