Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu İbrahimova Hicran Sənan qızı 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 600 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ixtisasına daxil olmuşdur.
Hicran İbrahimova məktəb həyatında hər zaman intizamlı, aktiv və məsuliyyətli şagird olmuş, dərslərinə ciddi yanaşması, həmçinin məktəbdaxili tədbir və layihələrdə fəal iştirakı ilə fərqlənmişdir.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısı tərəfindən təltif olunmuşdur.
Hicran İbrahimovanı qazandığı uğurlar münasibəti ilə təbrik edir, ona təhsil və peşə həyatında parlaq gələcək arzulayırıq!






