Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı Rayon Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əliquliyeva Aysən Əlcabbar qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 641.1 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşdur.
O, məktəbdə təşkil olunan müxtəlif tədbir və layihələrdə daim fəallıq göstərmiş, nizam-intizamı ilə seçilmiş, 6 dəfə intellektual yarışmalarda ölkə birinci olmuş və göstərdiyi yüksək nəticələrə görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.
Aysən Əliquliyevanı yüksək nəticə ilə tələbə adını qazanması münasibəti ilə təbrik edir, təhsil həyatında və gələcək karyerasında yeni nailiyyətlər arzulayırıq!






