Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon Azad Bayramov adına Məmmədabad kənd tam orta ümumtəhsil məktəbinin məzunu Əzizova Səkinə Oqtay qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı lll ixtisas qrupu üzrə 647 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşdur.
Səkinə Əzizova məktəb illərində hər zaman nizam-intizamı ilə seçilmiş, məktəbdaxili tədbirlərdə və intelektual yarışmalarda fəal iştirak etmiş, göstərdiyi yüksək nəticələrə görə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.
O, eyni zamanda yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Səkinə Əzizovanı təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik!






