Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!

05 sentyabr 2025 | 12:09
Saatlı rayon Ələhməd Əhmədov adına Qaracalar kənd tam orta ümumtəhsil məktəbinin məzunu Məhərrəmli Ayxan Araz oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 678 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına daxil olmuşdur. Məktəb illərində Ayxan Məhərrəmli həm nümunəvi davranışı ilə fərqlənmiş, həm də iştirak etdiyi fənn olimpiadaları, yarış və müsabiqələrdə uğurlar qazanmışdır. 2022/2023 və 2023/2024-cü tədris illərində keçirilən RFO-da kimya fənni üzrə brünc medallara layiq görülmüşdür.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.
Ayxan Məhərrəmlini ali məktəbə yüksək nəticə ilə qəbul olunması münasibətilə təbrik edir, təhsil həyatında və gələcək karyerasında ona uğurlar arzulayırıq.
Keçidlər