Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı rayon Ələddin Şüküroğlu adına Varxan kənd tam orta ümumtəhsil məktəbinin məzunu Şıxıyeva Məhbubə Fərman qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı IV ixtisas qrupu üzrə 668,7 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb ixtisasına daxil olmuşdur. Məktəb illərində Məhbubə Şıxıyeva daim məsuliyyəti və fəallığı ilə seçilmiş, məktəbdaxili tədbirlərdə, o cümlədən Mil-Muğan Regional Təhsil İdarəsi, rayon təhsil sektoru və digər qurumlar tərəfindən keçirilən intellektual yarışlarda fəal iştirak etmiş, RFO-nun biologiya fənni üzrə rayon mərhələsinin qalibi olmuş və bir çox təltiflərə layiq görülmüşdür.
O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir. Əldə etdiyi yüksək nəticə ilə ali məktəbə qəbul olan Məhbubə Şıxıyevanı təbrik edir, gələcək həyatında daha böyük nailiyyətlər və parlaq bir arzulayırıq!






