Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı şəhər Səməd Vurğun adına 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Abdullayev Şahlar Seyfulla oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı III ixtisas qrupu üzrə 665 bal toplayaraq Bakı Dövlət Univerisitetinin Hüquqşünaslıq ixtisasına daxil olmuşdur. O, təhsil aldığı dövr ərzində nümayiş etdirdiyi bilik və bacarıqları ilə fərqlənmiş, müəllim heyətinin və məktəb kollektivinin dərin rəğbətini qazanmışdır və təhsil müddətində müxtəlif imtahanlarda uğurla iştirak etmişdir.
2023/2024-cü tədris ilində RFO-nun final mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə yüksək nəticə göstərək qızıl medal qazanıb və müvafiq fənn üzrə “Birincilərin birincisi” adına layiq görülmüşdür. 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyi üçün Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə “Qızıl nişan” ilə təltif edilmişdir.
O, eyni zamanda yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyətinin başçısının Fəxri Fərmanı və xüsusi hədiyyə ilə təltif olunmuşdur.
Şahlar Abdullayevi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.






