Ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərən rayon gəncimiz!
Saatlı Rayon Məleykə Mirzəliyeva adına Sarıcalar kənd tam orta ümumtəhsil məktəbinin məzunu Nuriyev Firdovsi Röyal oğlu 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 671 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasının informasiya texnologiyaları ixtisasına daxil olmuşdur.Məktəb illərində Firdovsi Nuriyev dərslərə məsuliyyətli yanaşması və dərsə olan marağı ilə müəllim və şagirdlərin rəğbətini qazanmış, eyni zamanda müxtəlif məktəbdaxili tədbirlərdə fəallıq göstərərək təşkilatçılıq qabiliyyəti ilə seçilmişdir.O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir. Firdovsi Nuriyevi ali məktəbə yüksək nəticə ilə qəbul olunması münasibətilə təbrik edir, gələcək təhsil həyatında müvəffəqiyyətlər, ictimai və peşəkar fəaliyyətində isə uğurlar arzulayırıq.






