Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin Sədri, millət vəkili Əhliman Əmiraslanov rayon ağsaqqalları ilə görüş keçirdi.

01 iyun 2022 | 17:34

1 İyun 2022-ci il tarixdə Saatlı rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin Sədri, millət vəkili Əhliman Əmiraslanov rayon ağsaqqalları ilə görüş keçirdi. Görüşdə rayon ağsaqqallarının ictimai-siyasi həyatında olan mövqələri, fəaliyyət istiqamətləri haqqında müzakirələr aparıldı və gənc nəslin vətənə, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsində ağsaqqal və ağbirçəklərin tövsiyyələrinin vacibliyi qeyd edildi. Həmçinin müzakirələrdə rayon Ağsaqqallar Şurasının gələcək fəaliyyətində qarşıya qoyulan vəzifələrin davamlı həyata keçirilməsi vurğulandı.

Keçidlər