Şriftin ölçüsü :

Saytın rəngi :

erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədi ilə qanunvericiliyə edilən dəyişikliklər barədə kənd sakinlərinin məlumatlandırılması istiqamətində tədbir keçirilib

22 sentyabr 2025 | 17:15

    22 sentyabr 2025-ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, Saatlı rayon Polis Şöbəsi və Saatlı Rayon Qeydiyyat Şöbəsinin tərəfdaşlığı ilə Mircəlal kənd tam orta məktəbində valideynlər, müəllimlər və şagirdlərin iştirakı ilə erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması məqsədi ilə qanunvericiliyə edilən dəyişikliklər barədə kənd sakinlərinin məlumatlandırılması istiqamətində maarifləndirici tədbir keçirilib.

    Tədbir zamanı Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı UADM-in direktoru Gülnar Babaşova, sosial pedaqoqu Türkan Həsənova, Saatlı rayon Polis Şöbəsinin əməkdaşı Qorxmaz Mirzəyev və  Saatlı rayon Qeydiyyat Şöbəsinin müdiri Rəşad Qəhrəmanov çıxış edərək erkən evlilik və qohum evliliklərinin fəsadlarından, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskindən, eləcə də nikahın bağlanmasına mane olan hallardan danışmış, əhali arasında maarifləndirmə işlərinin vacibliyini vurğulamışlar.

    Eyni zamanda qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmiş və maarifləndirmə işlərinin vacibliyi diqqətə çatdırılmışdır.

    Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirmə materialları paylanılıb, video material nümayiş etdirilib.

 

Keçidlər