Şriftin ölçüsü :

Saytın rəngi :

Ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticə göstərən rayon gəncimiz!

03 sentyabr 2025 | 12:45

Saatlı Rayon S. Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Əlizadə Sürəyya Münasib qızı 2025-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı I ixtisas qrupu üzrə 690 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşdur.

Sürəyya Əlizadə məktəb illərində də hər zaman nizam-intizamı, uğurlu nəticələri ilə fərqlənmişdir. Belə ki, o, 2022/2023-cü tədris ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olaraq birinci yerə layiq görülmüş, 2025-ci ildə məktəbi xüsusi nailiyyətlərlə bitirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin əmri ilə qızıl nişanla təltif edilmişdir.

S.Əlizadə həmçinin rayonun ictimai-siyasi həyatında, keçirilən ümumrayon tədbirlərində də hər zaman fəallıq göstərmişdir. O, eyni zamanda ali təhsil müəssisələrinə qəbul zamanı yüksək nəticə əldə etdiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən də təltif edilmişdir.

Göstərdiyi uğurlu nəticələrə görə Sürəyya Əlizadəni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər