Rayonun prospekt və magistral yollarının qardan təmizlənməsi işləri həyata keçirilir
Saatlı Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə bağlı 12 yanvar 2024-cü il tarixdə keçirilən ümumi yığıncağında nəzərə alınmış tədbirlər əsasında 13 yanvar 2024- cü il tarixdə axşam saatlarından başlayan intensiv qar yağması ilə əlaqədar komissiya tərəfindən rayonun Saatlı – Varxan və Saatlı – Bəylik magistral avtomobil yolunun, eyni zamanda Məzrəli – Saatlı avtomobil yolunun, Saatlı şəhərinin mərkəzi yollarının, ərazidəki körpü və dəmir yolu keçidlərinin qardan təmizlənməsi üçün aidiyyəti qurumların işçi heyəti və texnikaları bu işlərə cəlb edilmiş, sözügedən yollar təmizlənmiş və buzlaşmanın qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görülmüşdür. Hal – hazırda da bu işlər davam etdirilir.