Şriftin ölçüsü :

Saytın rəngi :

“Saatlı-Araz” və “İmişli” futbol komandalarının qarşılaşması baş tutub

14 sentyabr 2023 | 19:21

14 sentyabr 2023-cü il tarixdə saat 1700-da Saatlı Olimpiya İdman Kompleksində  Azərbaycan 1-ci divizionu üzrə “Saatlı-Araz” və “İmişli” futbol komandalarının qarşılaşması baş tutub.

“Saatlı-Araz” doğma meydanda “İmişli FK”-nı qəbul etmişdir.

Qarşılaşmada Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Futbolun İnkişaf Fondunun regionlar üzrə meneceri Nicat Qurbanov, ATV idman departamentinin rəhbəri İlkin Fikrətoğlu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri və rayon ictimaiyyəti olmaqla, 1500-ə yaxın tamaşaçı iştirak etmişdir.

 

Keçidlər