Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “Qohum nikahlar və erkən evliliklə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər” mövzusunda tədbir keçirilib

20 aprel 2026 | 17:36

    20 aprel 2026-cı il tarixdə İkram Ağayev adına Nabatkənd kənd tam orta ümumtəhsil məktəbində Saatlı Rayon İcra Hakimiyyətinin, rayon Qeydiyyat şöbəsinin və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və rayon Polis şöbəsinin tərəfdaşlığı ilə “Qohum nikahlar və erkən evliliklə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər” mövzusunda Nabatkənd, Çolpı və Orta Muğan kənd sakinlərinin, valideynlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

     Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva qohum nikahlar və erkən evliliklə bağlı qanunvericilikdə edilən dəyişikliklərin cəmiyyətin sağlam inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını, gənclərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, bu məqsədlə qanunvericilikdə edilən dəyişiklilərinin erkən evliliklərin qarşısının alınmasına və riskli nikahların məhdudlaşdırılmasına yönəldiyini qeyd edib. O, həmçinin bildirib ki, məqsəd cəza tədbirləri tətbiq etmək deyil, maarifləndirmə yolu ilə bu halların qarşısını almaqdır.

    Daha sonra çıxış edən rayon Qeydiyyat şöbəsinin müdiri Rəşad Qəhrəmanov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Türkan Həsənova və rayon Polis şöbəsinin əməkdaşı Sadiq Həsənov erkən evliliklərin uşaqların təhsil hüquqlarının pozulmasına, psixoloji və sosial problemlərə səbəb olduğunu bildirərək, valideynlərin məsuliyyətli davranması və qanunvericiliyin tələblərinə riayət etməli olduğunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Onlar qeyd edib ki, belə halların qarşısının alınması üçün vətəndaşların aidiyyəti qurumlarla əməkdaşlığı vacibdir və zərurət olduqda həmin qurumlara müraciət edərək hüquqi dəstək ala bilərlər.

   Sonda məsələ ilə bağlı kənd sakinlərini maraqlandıran suallar aidiyyəti şəxslər tərəfindən cavablandırılıb.

 

 

Keçidlər