Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir

19 iyul 2024 | 15:53

19 iyul 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Mil-Muğan Regional Məşğulluq filialının əməkdaşları, eyni zamanda komitənin üzvləri, rayonun aidiyyəti qurumlarının rəhbərləri iştirak etmişdir. İclasda işəgötürənlər tərəfindən mövcud vakant iş yerlərinin rayon Məşğulluq xidmət şöbəsinə tam və dolğun təqdim olunması, Mərkəzlə birlikdə əlaqəli iş qurmaq, qeyri  - formal məşğulluğun qarşısının alınması istiqamətində müzakirələr aparılmışdır.

Keçidlər