Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Boks üzrə Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibini qəbul etdi

23 yanvar 2024 | 18:08

23 yanvar 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Boks üzrə Yeniyetmələr arasında Respublika Birinciliyində qalib olan Mircəlal kənd sakini Eyvazov Valeh İlkin oğlunu və onun məşqçi müəllimi İslamov Natiq Əzizulla oğlunu rayon icra hakimiyyətində qəbul etdi. Görüş zamanı rayon icra hakimiyyəti başçısı ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edən gənclərin yetişməsinin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını,  bu sahənin birbaşa dövlət başçısının nəzarətində olduğunu, təkcə şəhərlərdə deyil regionlarda da idman sahəsinə xüsusi diqqət göstərildiyini bildirdi. Rayonumuzda olan idman məktəblərinin, məşqçi müəllimlərin uğurlu fəaliyyətlərini dəstəklədiyini, bundan sonra da lazımi köməklik göstəriləcəyini diqqətə çatdırdı.

Görüşdə iştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun nümayəndəsi Urşan Nuruşov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Natiq İslamov rayon icra hakimiyyəti başçısına rayonumuzu uğurla təmsil edən gənc idmançıya göstərdiyi xüsusi diqqətə görə təşəkkürlərini bildirdilər.

Sonda Mircəlal kənd sakini Eyvazov Valeh İlkin oğlu Boks üzrə Yeniyetmələr arasında Respublika Birinciliyində birincilik qazandığına görə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla və qiymətli hədiyyə ilə mükafatlandırdı.

Keçidlər