Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov “Adıgün” Türk Xalq Folklor kollektivini Şuşa şəhərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul etmişdir.

01 iyun 2022 | 17:26

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivini Şuşa şəhərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul etmişdir. Qəbulda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak etmişdir. Səmimi görüşdə Saatlıda yaşayan Axıska türklərinin adət-ənənəsi, folkloru, milli-mənəvi dəyərləri barədə maraqlı fikirlər səsləndirilmişdir. Kollektivə İcra Hakimiyyəti başçısının və Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur. Sonda xatirə şəkili çəkdirilmişdir.

Keçidlər