Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tələbələrlə görüş keçirdi

07 sentyabr 2023 | 15:31

    Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Saatlı rayonu üzrə 2022-2023-cü tədris ilində rayonun tam orta təhsil müəssisələrini bitirərək 600-dən çox müvəffəqiyyət balı toplamış tələbələrlə görüş keçirmişdir. Yüksək bal toplamış tələbələrlə 07 sentyabr 2023-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Saatlı rayon üzrə təhsil sektorunun məsul əməkdaşları, yüksək bal toplamış tələbələrin təhsil aldığı məktəbin direktorları və müəllimlər iştirak edirdi.

    Rayon icra hakimiyyətinin başçsısı Elmir Bağırov 2022-2023-cü tədris ilində tələbə adını qazanmış gəncləri təbrik edərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərindən müəyyənləşdirdiyi təhsil strategiyasının ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoyduğunu, müstəqillik illərində də daha geniş islahatlar həyata keçirildiyini, yeni elm, təhsil ocaqlarının, mətkətəbəqədər müəssisələrinin yaradıldığını qeyd etdi. Bundan əlavə o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində hazırda rayonda Azadkənd və Qaracalar kənd tam orta məktəbləri üçün yeni məktəb binalarının tikintisinin yekunlaşmaq üzrə olduğunu, Günəşli kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisinə başlanıldığını, bir sıra rayon məktəblərində isə yeni dərs ilinə hazırlıqla əlaqədar cari təmir işlərinin aparıldığını bildirdi.

    Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və digərləri təhsildə keyfiyyət amilinin ildən-ilə yüksəldiyini, bunun da ümumtəhsil müəssisələrində maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi, pedoqoji kollektivlər və şagirdlər üçün  geniş təhsil imkanlarının yaradılması ilə bilavasitə bağlı olduğunu bildirdilər. Sonda 2022-2023-cü tədris ilində rayonun tam orta təhsil müəssisələrini bitirərək 600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr və  Mil-Muğan Regional Təhsil İdarəsinin Fəxri Fərmanları təqdim olundu. 

Keçidlər