Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov təltif edilmiş dövlət qulluqçularını təbrik etdi

24 iyun 2023 | 16:22

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Saatlı rayonu üzrə təltif edilən dövlət qulluqçularını qəbul etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı təltif münasibətilə dövlət qulluqçularını təbrik edərək, hər il qeyd edilən peşə bayramı gününün  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edildiyini, dövlət qulluqçularının diqqətdə saxlanıldığını nəzərə çatdırdı. Saatlı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azər Həsənov, Saatlı rayonu üzrə Maliyyə şöbəsinin rəisi Tahir Kazımov və Saatlı rayon Statistika idarəsinin rəisi Rövşən İsayev təltiflə bağlı ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər