Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov yüksək bal toplamış tələbələrlə görüş keçirdi

04 sentyabr 2024 | 15:51

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Saatlı rayonu üzrə 2023-2024-cü tədris ilində rayonun tam orta təhsil müəssisələrini bitirərək 600-dən çox müvəffəqiyyət balı toplamış tələbələrlə görüş keçirmişdir. Yüksək bal toplamış tələbələrlə 04 sentyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, yüksək bal toplamış tələbələrin təhsil aldıqları məktəblərin direktorları, müəllimlər və valideynlər iştirak etmişdir.

Rayon icra hakimiyyətinin başçsısı Elmir Bağırov çıxış edərək, tələbə adını qazanmış məzunları, onların valideynlərini və müəllimllərini təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, o cümlədən Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğının göstərilməsindən və bu diqqət və qayğı nəticəsində təhsil sahəsində yüksək nailiyyətlərin əldə olunmasından danışaraq, rayonumuzda da Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hər il yeni tikilən və ya əsaslı təmir olunan məktəb binalarının pedoqoji kollektivin və məktəblilərin istifadəsinə verilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə təsir göstərən əsas amillərdən biri olduğunu və bunun nəticəsində də ötən illərlə müqayisədə ali məktəbə qəbul olan məzunların sayının daha da çox olmasını vurğulayıb.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev təhsildə keyfiyyətin yükləldilməsi məqsədilə Saatlı rayonu üzrə təhsil sektoru ilə sıx əlaqəli işlər görüldüyünü və uğurlu fəaliyyətin nəticəsində ötən illərə nisbətən daha yüksək nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, məktəb direktorları, müəllimlər və valideynlər öz növbələrində  tələbə adını qazanmış məzunları təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzu etmişlər.

600-dən çox bal toplamış tələbələrə qiymətli hədiyyələr və RİH başçısının Fəxri Fərmanları təqdim olunub. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduqları üçün Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmrinə əsasən qızıl nişanla təltif olunmuş iki tələbəyə  rayon icra hakimiyyətinin başçısı tərəfindən qızıl nişanlar təqdim edilib. Sonda xatirə şəkli çəkilmişdir.

 

Keçidlər