Saatlı Rayon İcra Hakimiyyətinin kollektivi rayonun uzunömürlü ailələrini ziyarət ediblər
15 may 2025 | 15:56
15 May - Beynəlxal Ailə Günü ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin kollektivi rayonun uzunömürlü ailələrinə səfərlər edərək onları ziyarət ediblər. Səfərin əsas məqsədi ailə dəyərləri və onun qorunması, eyni zamanda gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Rayonun Sımada kəndində yaşayan iki uzunömürlü ailə ziyarət olunub. Bu ailələrdən biri 63 ildən çox birlikdə ömür sürmüş Əliyevlər, digər isə 50 ildən çox bir yerdə yaşayan Abdurrəzakovlar ailəsi olub. Hər iki ailə görüş zamanı, uzunömürlü ailənin təməl daşlarının sevgi, səmimiyyət və sədaqət olduğunu bildirərək, ailədəki çətinləkləri birlikdə çözməyə çalışmağın vacibliyini vurğulayıb və gənc ailələrə də mehriban olmağı arzulayıblar.