Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayon Polis şöbəsi “polisə ictimai dəstək” xidmətində vakant vəzifəyə müsabiqə elan edir

28 dekabr 2022 | 17:01

Müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətini başa vurmuş, yaşı 20-dən 24-dək, boyu 178 santimetr və yuxarı olan, düzgün bədən quruluşlu, idman cüssəli, tam orta və ya orta-ixtisas və ya ali təhsilli olan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanının rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq.

İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Əlaqə: (02128) 52178                                             

Mob.:(051)8295258
Ünvan: Saatlı şəhəri Heydər Əliyev prospekti 94.

Keçidlər