Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonda Zəfər Günü ilə əlaqədar tədbir keçirildi

08 noyabr 2022 | 15:36

     8 noyabr 2022 – ci il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar rayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak edirdi.
       Tədbir Ümumilli lider Heydər Əliyevin Saatlı şəhər mərkəzində yerləşən abidəsini, I və II Qarabağ müharibəsi şəhidlərinin abidə -xatirə kompleksini ziyarət etməklə başlandı.

    Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində dövlət himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü və Dövlət müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, şəhid ailələri, qazilər və müharibə iştirakçıları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, ailə baş komandan cənab İlham Əliyevin tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasında misilsiz xidmətlərindən, Azərbaycan xalqının bir yumruq kimi onun ətrafında birləşməsindən fəxarətlə çıxış edərək, daim ölkə Prezidentinin yanında olacaqlarını birdirdilər. Tədbir məktəbli şagidlərin vətənpərvərlik mövzularına həsr olunmuş şeir və rəqs nümunələri, rayonun mədəniyyət kollektivlərinin musiqi nömrələri ilə davam etdirildi

Keçidlər