Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Əlisoltanlı kəndində səyyar qəbul-görüş keçirildi

12 yanvar 2023 | 18:22

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov yanvar ayının 12-də Əlisoltanlı kəndinin sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.   

Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Əliyev Mehdi, Əliyev Fəxrəddin, Qurbanov Şahin və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər