Saatlı rayonu ərazisində abadlıq və infrastrukturların yenilənməsi istiqamətində işlər davam etdirilir
22 dekabr 2025 | 11:50
Saatlı rayonu ərazisində abadlıq və infrastrukturların yenilənməsi istiqamətində işlər davam etdirilir.
Şəhər ərazisində yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və vətəndaşların rahatlığının təmin olunması məqsədilə Heydər Əliyev prospektinin döngə 7 hissəsində, Ş.İ. Xətai, M.H. Şəhriyar, Ə. Hüseynov küçəsinin döngə 1 hissəsində, həmçinin C. Məmmədquluzadə, S. Rəhimov və Ə. Şıxlinski küçələrində asfaltlaşdırma işləri həyata keçirilmişdir.
Eyni zamanda A. Abuzərov küçəsində piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni səki salınmış, müvafiq abadlıq işləri görülmüşdür.






