Saatlı rayonu ərazisində abadlıq və infrastrukturların yenilənməsi istiqamətində işlər davam etdirilir
08 dekabr 2025 | 12:34
Saatlı rayonu ərazisində abadlıq və infrastrukturların yenilənməsi istiqamətində işlər davam etdirilir.
Həsən Bəy Zərdabi və Nizami küçələrində yol infrastrukturunun yaxşılaşdırılması, yollarda hərəkətin intensivliyini artırmaqla yanaşı, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə asfaltlama işləri həyata keçirilib.
Qarşıdakı dövrdə rayon üzrə digər küçə və yolların da mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur.






