Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonu Heydərabad kəndində səyyar qəbul-görüş keçirildi

17 noyabr 2022 | 18:49

Saatlı rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov tərəfindən vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Heydərabad kəndində səyyar-qəbul görüşü keçirilib. Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.

Keçidlər