Saatlı rayonu Nərimanov kəndində “Erkən nikah”, “Dini radikalizm” və Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirildi
18 sentyabr 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Saatlı rayonu üzrə təhsil sektorunun, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM), Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin, rayon Polis şöbəsinin tərəfdaşlığı ilə Nərimanov kəndində “Erkən nikah”, “Dini radikalizm” və Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə ictimai fəal şəxslər, kənd sakinləri və ağsaqqallar iştirak etmişlər.
Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva belə tədbirlərin əhəmiyyətindən danışaraq erkən nikah, dini radikalizm və narkomaniya kimi məsələlərin ailə dəyərlərinə mənfi təsirlərini və bu təsirlərin qarşısının alınması sahəsində müəllimlərin və valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb. Gənclərin ölkəmizin və cəmiyyətimizin həyatında mühüm rolundan bəhs edən M.Ağayeva onlara düzgün istiqamət, düzgün yol göstərilməsində dövlət orqanları ilə yanaşı ictimaiyyətin qarşılıqlı fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra çıxış edən Saatlı UADM-in direktoru Aida İbrahimova, həmin mərkəzin sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva və rayon Polis şöbəsinin əməkdaşı İbrahim Behbudzadə erkən nikahla mübarizədə görülən işlərdən, gənclər arasında keçirilən mütəmadi maarifləndirici tədbirlərdən danışıb. Onlar, həmçinin rayon ərazisində erkən nikahların qarşısının alınmasında təxirəsalınmaz tədbirlərin görüldyünü, daxil olan müracitələrə dərhal və nəzarət qaydasında baxıldığını, vətəndaşların bu mövzuda məlumatlandırılması nəticəsində belə halların sayında azalmanın müşahidə olunduğunu bildiriblər.
Sonda DQİDK rayon nümayəndəsi Elvin İbrahimov və rayonunun Qara Nuru kənd “Fatimeyi-Zəhra” məscidinin imamı Mahir Abıyev dini radikalizmlə mübarizə sahəsində qanunvericiliyin tələblərinə riayət olunduğu, insan şəxsiyyətini alçaldan, insan sağlamlığına ziyan vuran dini cərəyanların qarşısın alınmasında daimi qabaqlayıcı tədbirlər görüldüyünü, bu sahədə vətəndaşların da diqqətli və ayıq-sayıq olmasını xüsusi vurğulayıb.