Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonun Dədə Qorqud kəndində “Erkən nikah”, “Dini radikalizm” və Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirildi

21 avqust 2024 | 18:22

21 avqust 2024-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı təhsil sektoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM), Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin Saatlı rayon nümayəndəliyinin tərəfdaşlığı ilə rayonun Dədə Qorqud kəndində “Erkən nikah”, “Dini radikalizm” və Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının əməkdaşları və kənd sakinləri iştirak etmişlər.  

Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva erkən nikah, dini radikalizm və narkomaniyanın qarşısı alınması vacib olan aktual məsələlər olduğunu, millətin və cəmiyyətin inkişafına mənfi təsirlərini vurğulayaraq bu sahələrdə görülən profilaktiki işlərdən danışıb. O, həmçinin erkən nikahla bağlı daxil olan müraciətlərə operativ reaksiya verildiyini, sözügedən məsələlərlə bağlı maarifləndirici tədbirlərin aparıldığı, rayon gəncləri arasında mütəmadi görüş-tədbirlərin keçirildiyini qeyd edərək belə tədbirlərin müsbət irəliləyişlərə nail olunmasında əhəmiyyətli olduğunu bildirib.

 Daha sonra çıxış edən Saatlı UADM-in direktoru Aida İbrahimova və sosial iş üzrə mütəxəssisi Firuzə Əliyeva, Saatlı Təhsil sektorunun əməkdaşı Urşan Nuruşov təhsil müəssisələrində və ailələrlə görüş zamanı yeniyetmələrə və gənclərə, həmçinin onların ailələrinə narkomaniya, dini radikalizm və erkən nikahın fəsadları ilə bağlı ətraflı məlumat verildiyini, onların maraqlarına uyğun sahələrin təşkil olunması və bu sahələrə yönəldilməsi ilə böyük fəsadlara yol açabiləcək bu məsələlərdən yayınmasının vacibliyini qeyd ediblər. Onlar, həmçinin erkən nikahla bağlı qanunvericilikdə edilmiş son dəyişiklikləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

 Sonda Saatlı şəhər “Şeyx Yusif” məscidinin rəsmi din xadimi Səmədov Məcid dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən, qabaqlayıcı tədbirlərdən danışaraq bundan sonra da belə tədbirlərin davam etdiriləcəyini bildirib. Saatlı rayonu Dədə Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndə  Elay Alışlı isə erkən nikahla bağlı mübarizə aparıldığını, qanunvericiliyin tələblərinə riayət olunduğunu qeyd edib. Həmçinin kənd ərazisində erkən nikahın qarşısının alınması ilə bağlı lazımi işlərin görüldüyünü, daxil olan müraciətlərə dərhal baxılaraq müvafiq orqanlara məlumat verildiyi və lazımi profilaktik tədbirlər görüldüyünü vurğulayıb.

Keçidlər