Şriftin ölçüsü :

Saytın rəngi :

Saatlı rayonunda “02 İyul-Azərbaycan Polisi Günü” ilə əlaqədar tədbir keçirildi

02 iyul 2024 | 14:35

   02 iyul 2024-cü il tarixdə Saatlı Rayon “Gənclər evi” sosial xidmət müəssisəsində “02 İyul-Azərbaycan Polisi Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər     Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

     Giriş nitqi ilə çıxışa başlayan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 1918-ci il iyulun 2-də müstəqil Azərbaycanın polis orqanlarının yaradaılmasından və sonrakı inkişaf mərhələsindən söz açaraq müstəqilliyin bərpasından sonra  Ulu Öndərin hakimiyyəti dövründə hüquq-mühafizə orqanlarına, xüsusilə də polis orqanlarına diqqətin artdığından, kadr hazırlığı prosesinin təkmilləşdirildiyi və bunun nəticəsində hal-hazırda Azərbaycan polisinin Azərbaycan xalqının təhlükəsizliyini, ictimai asayişi, vətəndaşların hüquq və mənafelərini qoruyaraq vəzifələrini şərəflə yerinə yetirdiyindən danışıb. Çıxışının sonunda o, polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

    Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Vəliyev cənab Prezident İlham Əliyevin və daxili işlər naziri Vilayət Eyvazovun polislərə göstərdiyi diqqət və qayğıdan, onlara olan etimadlarından bəhs edərək Saatlı Rayon Polis Şöbəsinin rəisi kimi bu etimadı doğrultmaq üçün vəzifəsini hər zaman məsuliyyətlə və vicdanla yerinə yetirəcəyini, dövlətə və xalqa şərəflə xidmət edəcəyini qeyd edib. Daha sonra Saatlı rayon prokuroru Adil Vəliyev, Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşov və DTX-nin Saatlı rayon bölməsinin rəisi Nadir Bağırov polis günü münasibətilə  polis işçilərini təbrik edib və onlara xalqın və dövlətin təhlükəsizliyini qorumaq kimi müqəddəs vəzifələrinin icrasında uğurlar arzulayıblar.

    Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.       

Keçidlər